Türkiyə müdafiə naziri: Suriya məsələsində İsrail ilə danışıqlar davam edir Dünya

Türkiyə müdafiə naziri: Suriya məsələsində İsrail ilə danışıqlar davam edir

Suriyada qarşıdurmanın qarşısını almaq üçün Türkiyə ilə İsrail arasında texniki danışıqlar davam edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, bu, İsraillə normallaşma demək deyil: “Türkiyə hərbi təlim və məsləhətlər verir, müdafiəsini gücləndirir”.

Yaşar Gülər 20 mindən çox türk əsgərinin Suriyanın şimalında yerləşdirildiyini xatırladaraq, tam regional sabitliyə, sərhəd təhlükəsizliyinə və qaçqınların qayıdışına nail olunmayana qədər onların geri çəkilməsi ilə bağlı planlar yoxdur.