

Urmu gölünün vəziyyəti ağır olaraq qalır və cari su ilində bəndlərdən gölə yalnız 440 milyon kubmetr su buraxılıb.
Gunaz.tv
Bunu Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Höccət Cabbari deyib.
"Bu il yağıntıların az olmasına görə, Urmu gölünə yetərli qədər su buraxılmayıb. Şərqi və Qərbi Azərbaycan əyalətlərindən gölə buraxılan su miqdarı 440 milyon kubmetr olub, halbuki, gölün su tələbatı 3 milyard 400 milyon kubmetrdir",- o əlavə edib.
Bununla eyni vaxtda Məsud Pezeşkianın birinci müavini Məhəmməd Rza Arif də gölün göldə ekoloji durumun acınacaqlı olduğunu söyləyib.
O, gölünün qurumasının yalnız ölkənin bir neçə əyalətinə deyil, bütün bölgəyə təsir göstərə biləcəyini bildirib.
Arif, hökumətin Urmu gölünün bərpasına kifayət qədər vəsait ayırdığını iddia edərək, ekoloji vəziyyətin düzəlməməsini yağıntıların az olması ilə əlaqələndirib.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr olmalıdır.
Hazırda isə göldə olan su miqdarı yalnız 1 milyard 550 milyon kubmetrdir.