29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
4 İyun 2025 13:30
8 204
Evin həbsxanasında həbsinin on altıncı ayında olan azərbaycanlı sənətçi və fəal Mürtəza Pərvinin fiziki vəziyyəti ağırdır.
Gunaz.tv
Mürtəza Pərvin bəyin bel diski xəstəliyinin kəskinləşməsi oynaq və əzələ ağrıları da daxil olmaqla digər narahatlıqlara səbəb olub.
Evin həbsxanasında məhbuslar və bu sənətçinin yaxınlarının verdiyi məlumata görə, Morteza Pərvinin bel ağrısını azaltmaq üçün həbsxana rəhbərliyi və səhiyyə işçiləri tərəfindən, nadir istifadə edilən, “Naproksen” kimi ağrıkəsicilər verilsə də bu onun ağrılarının daha da artmasına səbəb olub.
Qeyd edək ki, bütün bunlara baxmayaraq, təcridxana rəsmiləri Kəşfiyyat Nazirliyinin göstərişi ilə Pərvin bəyin ailəsi adından mütəxəssis həkimin resepti ilə yazılan dərmanların göndərilməsinin qarşısını alırlar.
Xatırladaq ki, Mürtəza Pərvin 2024-cü ilin yanvar ayında ədalətli mühakimə prinsiplərinə əməl edilmədən həbs edilmiş və həmin ilin sentyabırında hakim Əbülqasim Səlavətinin başçılığı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il həbs cəzasına məhkum edilmişdir.
28 Avqust 10:48
1 603
25 Avqust 11:15
2 765
25 Avqust 11:13
2 646