

“Azərbaycan Caspian AI Energy Transition Institute vasitəsilə metan emissiyalarının azaldılmasında süni intellektə əsaslanan texnologiyalar tətbiq edir”.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Boston Consulting Group-un (BCG) İcraçı Direktoru Anton Kosaç deyib.
Onun sözlərinə görə, SOCAR tərəfindən tətbiq olunan “Methane AI” sistemi sənayedə metan sızmalarının holistik idarə olunmasına imkan yaradır.
Bundan əlavə, institut tərəfindən CO2 udulmasını artırmaq üçün yeni molekulların yaradıldığı, bu texnologiyaların isə karbon tutma və saxlama (CCS) layihələrində tətbiqi üçün hazırlandığı bildirilib.
“Azərbaycan artıq süni intellektin imkanlarından iqlim strategiyalarında istifadə edir. Bu, təkcə region üçün deyil, bütün dünya üçün nümunəvi bir yanaşmadır,” – deyə Kosaç əlavə edib.
Kosaç əlavə edib ki, COP29-dan COP30-a keçid dövrü Azərbaycanın ambisiyalarını konkret fəaliyyət planlarına çevirdiyi bir mərhələdir.