Gəncədə yol qəzasında yeniyetmə xəsarət alıb Hadisə

Gəncədə yol qəzasında yeniyetmə xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində iki avtomobil toqquşub. Qəza zamanı 2009-cu il təvəllüdlü R.Nəsirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.