Qiymətlər dayanmaq bilmir – kirayə bazarında kritik vəziyyət
28 Yanvar 23:50
28 Yanvar 23:50
28 Yanvar 23:48
28 Yanvar 23:38
28 Yanvar 23:38
28 İyul 2025 18:05
2 940
Tramp ABŞ-ın İranı vurmağa hazır olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Şotlandiyada keçirilən mətbuat konfransında bildirib ki, əgər Tehran öz nüvə potensialı üzərində işləməyə davam edərsə, ABŞ İrana yenidən nüvə infrastrukturuna zərbələr endirəcək.
Tramp, ABŞ-ın İranın nüvə potensialını məhv etdiyini, lakin Tehran'ın «hər şeyi yenidən başlaya biləcəyini» düşündüyünü qeyd edib.
«Əgər bunu edərlərsə, biz onu bir göz qırpımında məhv edəcəyik. Bunu etməliyik.», — deyə Ağ Ev rəhbəri vurğulayıb.
Tramp həmçinin, İran "xoşagəlməz siqnallar" göndərir — deyə əlavə edib.
Əvvəlki açıqlamalarında da Tramp bildirmişdi ki, ehtiyac yaranarsa, Vaşinqton yenidən İranın nüvə infrastrukturuna zərbələr endirəcək.
Məryəm Quliyeva