“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
28 İyul 21:37
2 121
Almaniyada 2027–2029-cu illərdə federal büdcədə ümumilikdə 172 milyard avro məbləğində kəsir proqnozlaşdırılır.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu, hökumətin həftə ərzində keçiriləcək iclasında qəbul edilməsi gözlənilən 2026-cı il federal büdcə layihəsinin maliyyə planlaşdırmasında əksini tapıb. Gələn il üçün büdcə layihəsini noyabrın sonunadək Bundestaqda təsdiqlənməsi planlaşdırılır.
Bu, əvvəlcədən nəzərdə tutulandan 28 milyard avro çoxdur. Maliyyə naziri Lars Klinqbayl iyunda büdcə layihəsini təqdim edərkən, 2027–2029-cu illər üçün 144 milyard avro həcmində büdcə kəsirinin proqnozlaşdırıldığını açıqlamışdı.
Büdcə kəsirinin artmasının səbəbləri arasında vergi güzəştləri ilə müşayiət olunan “iqtisadi artım paketi” çərçivəsində federal əyalət və bələdiyyələrdə yaranacaq vergi itkilərinin kompensasiyası, “Analıq pensiyası”nın (Mütterrente) tətbiqinin bir il irəli çəkilməsi və artan faiz xərcləri yer alır.
Almaniyada ardıcıl üçüncü il iqtisadiyyatda durğunluğun müşahidə olunmasına baxmayaraq, hökumət bir sıra tədbirlərlə iqtisadi canlanmaya və vergi gəlirlərinin artacağına ümid edir. Əlavə tədbirlər sırasında bürokratik prosedurların sadələşdirilməsi və federal personal xərclərinin azaldılması da nəzərdə tutulur.
Gələn il üçün büdcə layihəsinə əsasən, federal hökumət 520,5 milyard avro xərcləməyi, bunun 126,7 milyard avrosunu investisiyalara, 89,9 milyard avrosunu isə yeni borclanmaya yönəltməyi planlaşdırır. Bundan əlavə, iki xüsusi fond - infrastruktur və iqlim müdafiəsi fondları vasitəsilə Bundesver fondundan 84,4 milyard avro həcmində əlavə borclanma nəzərdə tutulur. Bundesver üçün nəzərdə tutulan 100 milyard avroluq xüsusi fondun isə 2028-ci ildə tam istifadə olunacağı gözlənilir.