Rusiyada yük maşını ilə toqquşan qatar relsdən çıxıb, 20-yə yaxın vaqon yanıb Hadisə

Rusiyada yük maşını ilə toqquşan qatar relsdən çıxıb, 20-yə yaxın vaqon yanıb

Rusiyanın Smolensk vilayətində 18 benzin vaqonu və lokomotiv yük maşını ilə toqquşaraq relsdən çıxıb.

APA-ının Rusiya bürosu “Baza” teleqram kanalına istinadən xəbər verir ki, nəticədə yanğın baş verib.

Qəza səhər tezdən Rudnya və Qolinka stansiyaları arasında baş verib.

Yük maşınının sürücüsü keçidə qatardan əvvəl daxil olub və toqquşma qaçılmaz olub. İlkin məlumatlara görə, təcili əyləc nəticəsində lokomotiv və benzin daşıyan vaqonlar relsdən çıxıb, yanğın başlayıb.

Lokomotiv heyəti, mühəndis və köməkçisi orta-ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həmin məntəqədə qatarların hərəkəti dayandırılıb.

Hadisə yerində yanğınsöndürənlər işləyir.