

Rəsmi Tehran onu nüvə silahına yiyələnmək istəyində günahlandıran Qərbdəki bəlli dairələrə bir qayda olaraq nüvə enerjisindən dinc məqsədlərlə istifadə haqqının olduğunu dəfələrlə bəyan edib və buna suveren dövlət olaraq haqqı çatdığını bildirib. Qərb İranın zəngin enerji resurslarına (neft və qaz) malik olduğuna istinad edərək onun nüvə çalışmalarl ilə bağlı tədqiqatlarının arxasında nüvə silahına yiyələnmək istəyinin olduğunu bəyan edərək, İranı bu yoldan çəkindirməyə çalışıb.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, ona etibar etmədiyindən nüvə çalışmalarının MAQATE ilə əməkdaşlıq çərçivəsində aparılmasında iddialı olub. İran mahiyyət etibarı ilə MAQATE ilə əməkdaşlığa həmişə açıq olub və bu mövqeyinin müqabilində Qərbdən ona qarşı tətbiq edilən sanksiyaların yumşadılmasını, sonda isə ümumiyyətlə ləğvini tələb edib: "İran özünün nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnun olduğunu Qərb dövlətlərinin nəzərinə çatdırmaqla, onları İranın enerji təhlükəsizliyi ilə bağlı qayğılarına sayqı ilə yanaşmağa dəvət edib. Zira, məlum ehtiyatlar əbədi deyil, İranda əhalinin Qərb dövlətləri ilə müqayisədə sürətlə artdığını nəzərə aldıqda isə İranın nüvə enerjisinə sahib olmaqla bağlı istəkləri əlbəttə anlaşılandır. Fransa özünün enerjiyə olan tələbatının əhəmiyyətli hissəsinin atom stansiyalarının istismarı hesabına ödədiyi şəraitdə, Qərbin İranın bununla bağlı haqqını tanımaq istəməməsi rəsmi Tehranda bir qayda olaraq narazılıq doğurub.
İran uranın zənginləşdirilməsi istiqamətində araşdırmalarında uranın 60 kqt-yə qədər zənginləşdirilməsinə nail olduğunu heç gizlətmir də. Nüvə silahının istehsalı üçün isə 90 kq vayt lazımdır və İran yaxın perspektivdə buna nail ola da bilər. İran bununla özünün nüvə çalışmaları sahəsində tədqiqatlarında hansı həddə çatdığını nümayiş etdirərək onunla güc mövqeyindən danışmaq istəyən Qərbə ismarıclarını çatdırıb, bu jestinin müqabilində Qərbdən ona qarşı tətbiq olunan sanksiyalsrın yumşaldılacağına ümid edir.İranın ali dini lideri Xameyninin bununla bağlı açıqlamaları da Qərbə onunla əməkdaşlığa açıq olan rəsmi Tehranın jestidir.
İrana qarşı təhdid və sanksiyaların əsas təşəbbuskarı isə rəsmi Tehranı HƏMAS və Hizbullaha dəstəkdə ittiham edən İsraildir".
Cavid