Murat Nurtleu Qazaxıstan XİN rəhbəri vəzifəsindən azad edilib Dünya

Murat Nurtleu Qazaxıstan XİN rəhbəri vəzifəsindən azad edilib

Murat Nurtleu Qazaxıstanın xarici işlər naziri vəzifəsindən azad edilib.

APA xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fərman imzalayıb.

Tokayev 2020-2023-cü illərdə Rusiyada səfir vəzifəsində çalışmış Ermek Koşerbayevi xarici işlər naziri təyin edib.

Keçmiş xarici işlər naziri Murat Nurtleu isə Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Murat Nurtleunun saxlanıldığı xəbəri yayılıb. Lakin sonradan onun tutulması barədə məlumatların həqiqətə uyğun olmadığı açıqlanıb.