Toni Bleyer münaqişədən sonra Qəzza administrasiyasına rəhbərlik etmək istəyir Dünya

Toni Bleyer münaqişədən sonra Qəzza administrasiyasına rəhbərlik etmək istəyir

Böyük Britaniyanın sabiq baş naziri (1997-2007) Toni Bleyer İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağına rəhbərlik edəcək beynəlxalq keçid orqanına rəhbərlik etməyi düşünür.

Bu haqda “The Economist” məlumat yayıb.

Məlumata görə belə bir qurumun yaradılması ABŞ-ın yardımı ilə “Tony Blair Institute” (TBI) beyin mərkəzi tərəfindən hazırlanan sülh planında nəzərdə tutulub.
Bu orqanın ali siyasi və qanuni orqan kimi fəaliyyət göstərməsi üçün BMT-nin beş illik mandatının tələb olunacağı gözlənilir.

Məqalədə deyilir ki, təsdiq olunacağı təqdirdə Bleyer 25 nəfərlik katibliyin dəstəyini alacaq və Qəzzanın idarə olunmasına nəzarət edəcək yeddi üzvdən ibarət şuraya rəhbərlik edəcək.

“Daily Telegraph” qəzeti öz mənbələrinə istinadən 72 yaşlı Bleyerin namizədliyini ABŞ prezidentinin kürəkəni Jared Kuşner və xüsusi elçi Stiven Uitkoffun dəstəklədiyini yazıb.