Dini icmaların nümayəndələri NATO-ya səfər ediblər Hadisə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri Brüsselə - NATO-nun baş qərargahına səfər ediblər. Səfər Avropa İttifaqı ilə DQİDK-nın birgə layihəsi çərçivəsində baş tutub.
Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, səfər zamanı NATO-nun İctimai diplomatiya bölməsinin rəhbərləri - səfir Tomaş Xlon, professor Gerlinde Nihus və Despina Afentuli ilə görüş keçirilib. Görüşdə NATO-nun siyasi prioritetləri və tərəfdaşları ilə münasibətləri barədə məlumat verilib və bu gün dünyanı narahat edən təhlükəsizlik və terrorizm problemləri müzakirə edilib. Konfessiyaların rəhbərləri Azərbaycanda dini radikalizmlə mübarizə istiqamətində icma səviyyəsində həyata keçirilən layihələrdən, DQİDK-nın sədr müavini Səyavuş Heydərov isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışıb. Dini icmaların nümayəndələri görüşlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə beynəlxalq təşkilatlar tərəfindən adekvat qiymət verilməməsindən narazılıqlarını bildiriblər.