Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
Antonio Koşta: Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinə yanaşmada neytral deyil
Bakı-Daşkənd münasibətlərində yeni mərhələ: Əbədi dostluqdan regional tərəfdaşlığa - TƏHLİL
30 Oktyabr 2025 13:20
1 932
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubuna zərbələrin endirilməsi barədə məlumatı təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə IDF-nin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Şimal Komandanlığın rəhbərliyi və Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Livanın cənubundakı əl-Mahmudiyə bölgəsində "Hizbullah"ın infrastruktur obyektlərinə, raket qurğusuna və şaxtasına zərbələr endirib", - bəyanatda deyilir.
İsrail Müdafiə Qüvvələri bildirir ki, bu bölgədə "Hizbullah"ın infrastrukturunun mövcudluğu İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulmasıdır.