30 Oktyabr 2025 13:37
2 002
Ermənistan Kiprə hərbi attaşe təyin etməyi planlaşdırır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərar hökumətin iclasında qəbul edilib.
Bu vəzifə Ermənistanın Yunanıstandakı hərbi attaşesi vəzifəsi ilə birləşdiriləcək və onun səlahiyyətləri Müdafiə və Xarici İşlər nazirlikləri tərəfindən birgə tənzimlənəcək.
Qeyd olunur ki, attaşe hərbi-siyasi və hərbi-texniki əlaqələrin möhkəmləndirilməsinə, birgə tədbirlərin təşkilinə, həmçinin Ermənistan silahlı qüvvələrinin beynəlxalq sülhməramlı təşəbbüslərdə təmsil olunmasına kömək edəcək.
10:18
665
30 Oktyabr 21:04
1 001
30 Oktyabr 21:03
987