“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
TÜRKPA beynəlxalq parlament təşkilatları ilə yeni əməkdaşlıq formatları nəzərdə tutur
Milli Məclis və BƏƏ Federal Milli Şurasının sədrlərinin görüşü olub
13:18
889
"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.
Bu barədə "Report"a Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətindən məlumat verilib.
Futbolçu "Qarabağ"la yanaşı, özünün də pərəstişkarı olan gənc parataekvondoçu Amin Əliyevlə görüşüb. MPK-nın təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında baş tutan görüşdə Ağdam təmsilçisinin üzvü ona öz formasını hədiyyə edib.
Səmimi anlarla yadda qalan görüşün paralimpiyaçılar üçün növbəti yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.