4 nəfər dənizdə batıb, ikisi xilas edilib, biri ölüb, birinin isə axtarışı davam edir
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB
Venesuelada zəlzələ nəticəsində həlak olanların sayı 3342-yə çatdı
Tramp amerikalı futbolçuya görə FIFA-ya müraciət etdiyini təsdiqlədi
30 Oktyabr 2025 13:38
2 569
Azərbaycanın qol güləşçiləri Bakıda təşkil olunan dünya çempionatında iki gün ərzində 55 medal qazanıblar.
Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Samir Babayev deyib.
O, belə davamiyyətlə yığmanın komanda hesabında birinci olacağını düşünür:
"Hazırda yarış davam edir. Dünən və srağagün 12-si qızıl, 24-ü gümüş, 19-u bürünc olmaqla ümumilikdə 55 medal qazanmışıq. Gənclərdən ibarət komandamız dünyanın ən güclüsü olub. Bu gün və sabah isə böyüklər arasında sol və sağ qollarla yarışlara start veriləcək. Hədəfimiz dünya çempionatının qalibi olmaqdır. Düşünürəm ki, belə davamiyyətlə idmançılarımız bu sevinci bizə yaşadacaqlar".
Qeyd edək ki, oktyabrın 28-də startı verilən mundial sabah başa çatacaq.