10:14
616
"Avqustun 8-də gerçəkləşən Vaşinqton görüşü Cənubi Qafqazın sülhə doğru irəliləməsinə imkan yaradır".
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışı zamanı deyib.
“Ətrafımızda iki münaqişə ocağı var. Biri Rusiya-Ukrayna, digəri isə bir sıra konfliktlərin yaşandığı Yaxın Şərqdir. Bunlar sözsüz ki, Cənubi Qafqaza təsirsiz ötüşmür. Avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanması belə bir ətraf mühitdə Cənubi Qafqazın sülhə doğru irəliləməsinə fürsət yaradır. Ümid edirik ki, Ermənistanın konstitusiyasında dəyişiklik ediləcək və uyğun şəraitdə Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalanacaq. 8 avqust görüşü həm də Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır. Son 30 il ərzində bizim əməkdaşlığımız əsasən enerji sahəsində olub. Lakin indi başqa sahələrdə də tərəfdaşlıq üçün perspektivlər var”, - Fərid Şəfiyev bildirib.