Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 33 il ötür Siyasət

Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 33 il ötür

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümü tamam olur.

APA-nın yerli bürosu xatırladır ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabrın 18-də yaradılıb.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri 2020-ci ildən Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri isə 2018-ci ildən Zurab Pataradzedir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın Batumidəki ötən ildən Baş konsulu Fuad Əzizovdur.

Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki hazırkı Baş konsulu Kaxaber Abdaladzedir.

İki ölkə arasında imzalanmış sənədlərin sayı 120-dən çoxdur.