İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 Noyabr 2025 10:09
1 484
Rusiyanın Azərbaycanla münasibətlərindəki gərginliklər Azərbaycan-ABŞ münasibətlərini yaxşılaşdırıb.
APA xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda deyib.
"AZAL-a məxsus təyyarənin vurulması və bunun inkar edilməsi, Rusiyada azərbaycanlı biznesmenlərə qarşı xoşagəlməz münasibət və bu kimi bir sıra digər amillər Azərbaycan-ABŞ münasibətlərini daha da sıxlaşdırır” - Herbst qeyd edib.
O bildirib ki, "Tramp marşrutu" ABŞ-ı Cənubi Qafqaza daha çox diqqət ayırmağa sövq edir və burada Azərbaycan-Ermənistan-Türkiyə arasında olan münasibətlər çox mühümdür.
Amerikalı ekspert ölkəsinin Türkiyə ilə əməkdaşlığına toxunarkən qeyd edib ki, Türkiyə prezidenti asan tərəfdaş deyil. Lakin Vaşinqtonun Türkiyə ilə maraqları Yaxın Şərq və Cənubi Qafqazda üst-üstə düşür.
25 Mart 17:27
1 302
25 Mart 15:08
1 309
25 Mart 15:03
1 316