Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb Dünya

Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiya ordusunun bu gün günorta saatlarında Dnepropetrovsk vilayətinin Nikopol şəhərini artilleriya atəşinə tutması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Vladislav Hayvanenko “Telegram” kanalında açıqlayıb.

Onun sözlərinə görə, hücum nəticəsində ölənlər 76 yaşlı qadın və 51 yaşlı kişi olub.

Artilleriya zərbəsi nəticəsində daha 2 nəfərin yaralandığı və şəhərdəki bir neçə çoxmənzilli yaşayış binasının zədələndiyi bildirilir.