Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
18 Noyabr 2025 10:00
1 862
2025-ci ilin noyabr ayı iki mühüm tendensiyanı ortaya qoydu. Birincisi, Rusiya Ukraynaya qarşı enerji müharibəsinə həm beynəlxalq şirkətlərin, həm də yeni yanacaq tədarükü marşrutlarının hücuma məruz qaldığı çox səviyyəli bir oyun kimi baxmağa başlayır.
İkincisi, Azərbaycan çoxları üçün gözlənilmədən Ukraynanın ən sabit və fəal tərəfdaşlarından birinə çevrilib, öz maraqlarını müdafiə etməyə hazır, eyni zamanda Ukraynanın enerji təhlükəsizliyini gücləndirib.
Bunu xalqcebhesi.az-a Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday (Ukrayna) deyib.
"Bu dinamika regionun enerji xəritəsini daha mürəkkəb, eyni zamanda daha davamlı edir. Ukrayna təkcə avadanlıq və ya yanacaq deyil, təzyiqlərə tab gətirə biləcək tərəfdaşlıq əldə edir. Bakı isə Avropada öz mövqelərini möhkəmləndirmək və siyasətinin Rusiyanın diktəsindən asılı olmadığını nümayiş etdirmək imkanı qazanır" - politoloq deyib.
O, qeyd edib ki, eyni zamanda, 2025-ci ilin noyabrı enerji qarşıdurmasının başqa tərəfini də üzə çıxardı: müntəzəm hücumlara və Rusiyanın bütün sistemi sabitliyi pozmaq cəhdlərinə baxmayaraq, Ukrayna buna çoxlarının gözlədiyindən daha dərindən uyğunlaşa bildi: "Əvvəlki qış aylarının təcrübəsi, infrastruktura davamlı hücumlar, real müharibə şəraitində energetiklərin və dispetçerlərin işi indi xüsusilə nəzərəçarpan yeni möhkəmlik modelini yaratdı".
Cavid