Ədirnədə III Dünya Türk Forumu keçiriləcək Hadisə

Ədirnədə III Dünya Türk Forumu keçiriləcək

Forumun işində Elçin Mirzəbəyli də iştirak edəcək

Mayın 28-də Türkiyənin Ədirnə şəhərində III Dünya Türk Forumu öz işinə başlayacaq.
3 püt davam edəcək Forumda "Türk dövlətləri; Mədəniyyət diplomatiyası və Turizm", "Türk və erməni diasporaları; Xalq diplomatiyası: Fürsətlər və risqlər" və digər mövzular müzakirə olunacaq.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin də qatılacağı forumun işində Azərbaycandan AYB sədri Anar Rzayev, millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı, Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Həriman Qurbanov və diaspor qurumlarının təmsilçiləri iştirak edəcəklər.
Forumun işinda Ermənistan və erməni diasporunun təmsilçilərinin iştirakı da nəzərdə tutulub. Forumun rəsmi proqramında Ermənistan Elmlər Akademiyasının üzvü Vahan Məlikyan, Ermənistan Qafqaz Araşdırmaları Mərkəzinin icraçı direktoru Hegine Manasyan və digər şəxslərin iştirak edəcəyi bildirilir.
Forumun sonuncu günü 11 nominasiya üzrə "Qızıl alma" mükafatı sahiblərinə təqdim ediləcək.