Hoteldə qalan şəxsin 23 min manatı oğurlanıb - VİDEO Hadisə

Hoteldə qalan şəxsin 23 min manatı oğurlanıb - VİDEO

Paytaxtın Nizami rayonunda otellərin birində gecələyən şəxsin 23000 manatı oğurlanıb. Bu barədə zərərçəkən ərazi polis orqanına məlumat verib.

APA xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar. Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.