Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşüb
22 Oktyabr 17:12
22 Oktyabr 17:12
22 Oktyabr 13:34
22 Oktyabr 13:03
30 Dekabr 2025 10:55
3 416
Gürcüstanın qərb rayonlarında yağan intensiv qar bir sıra fəsadlar yaradıb.
APA-nın yerli bürosu xəbər verir ki, elektrik xətlərinin sıradan çıxması səbəbindən İmereti və Sameqrelo bölgələrinin əksər kəndlərinin işıqla təminatında problemlər yaranıb.
Elektrik enerjisi ilə təchizatın tam bərpası istiqamətində işlər aparılır.
Qeyri-sabit hava şəraiti sərnişin qatarlarının hərəkətini də çətinləşdirib. Tbilisidən Batumiyə və əks istiqamətdə yola düşən qatarların hərəkət cədvəlinə dəişikliklər edilib.
Güclü qar Acarıstan bölgəsində də problemlərə yol açıb. Yüksək dağlıq hissələrdə qar örtüyünün hündürlüyü 1 metrə çatıb. Xulo, Şuaxevi, Keda, Xelvaçauri və Kobuleti bələdiyyələrində yolların qardan təmizlənməsinə xüsusi texnika və insan resursları cəlb olunub.
Sinoptiklərin proqnozlarına əsasən, Gürcüstanda mürəkkəb hava şəraiti yanvarın 2-dək hökm sürəcək. Qərb rayonlarında güclü qar və külək, dənizdə isə 4-6 bala qədər fırtına gözlənilir.
22 Oktyabr 19:26
903
22 Oktyabr 19:25
861
22 Oktyabr 16:37
994