11:24
623
2025-ci ildə 10 ölkədən olan 22 media nümayəndəsi ölkəmizdə jurnalist kimi fəaliyyət göstərmək üçün uzunmüddətli akkreditasiyadan keçib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildə ölkəmizdə keçirilən müxtəlif tədbirlər, habelə ölkəmizin azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin qayıdışı, postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, ölkəmizin tarixi, mədəniyyəti, mətbəx və turizm potensialının işıqlandırılması məqsədilə 37 ölkədən 506 xarici media nümayəndəsi qısamüddətli akkreditasiyadan keçərək ölkəmizə səfər edib.
12:48
210
12:48
210
12:29
420