11:41
588
2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
Bunu Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın təqdimatında bildirib.
“İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir. 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə aşkarlanan mina və PHS sayı 237 min ədəd təşkil edib. Bu, minalarla çirklənmiş ərazilərin üçdə bir hissəsidir. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”, - Baş nazir qeyd edib.
12:48
245
12:48
245
12:29
420