11:37
623![]()
Pakistan Əfqanıstandan təhlükəsizliyini təmin etmək və Əfqanıstan ərazisindən qaynaqlanan sərhədyanı terrorizmə son qoymaq üçün möhkəm zəmanət tələb edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi brifinqdə bildirib.
Diplomat vurğulayıb ki, "bu cür təminatlar alınmadığı üçün Pakistan öz siyasətini davam etdirəcək və sərhədyanı hücumlar halında özünümüdafiə hüququnu özündə saxlayır".
Andrabinin sözlərinə görə, Pakistan və Çin Əfqanıstanla bağlı vahid mövqeyə malikdirlər və bu, Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə çinli həmkarı Vanq Yi arasında bu həftə keçirilən telefon danışığında təsdiqlənib. Döyüşlərin davam etdiyi Pakistan-Əfqanıstan sərhədindəki vəziyyət müzakirə olunub. Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, "Pakistan və Çin Əfqanıstan da daxil olmaqla bütün məsələlərdə yekdil mövqedədirlər. Ölkələrimiz həm ikitərəfli, həm də Kabulun iştirakı ilə davam edən Əfqanıstan üzrə beynəlxalq dialoqda iştirak edirlər".
Məryəm Quliyeva