Azad edilmiş ərazilərlə bağlı 39 ölkənin şirkətlərindən 507 müraciəti daxil olub Hadisə

Azad edilmiş ərazilərlə bağlı 39 ölkənin şirkətlərindən 507 müraciəti daxil olub

Azad edilmiş ərazilərlə bağlı 39 ölkənin şirkətlərindən 507 müraciəti daxil olub.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərlə bağlı 2026-cı il 1 yanvar tarixinə sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 4155 müraciət daxil olub.

Müraciətlərin 3648-i yerli, 507-si xarici müraciətlər olub, xarici şirkətlərdən daxil olmuş müraciətlər ümumilikdə 39 ölkəni əhatə edib.

Müraciətlərin 3051-ni investisiya layihəsi, 631-ni iş və xidmətlər, 473-nü isə digər vətəndaş müraciətləri təşkil edib.

İnvestisiya layihələrinin 98%-i yerli, 2%-i isə xarici layihələr olub, onların 60%-i ticarət və xidmət, 17%-i kənd təsərrüfatı, 14%-i sənaye, 9%-i isə digər sahələri əhatə edib. İş və xidmətlər üzrə təkliflərin 32%-i yerli, 68%-i isə xarici müraciətçilərdir.

Müraciətlərin 69%-i tikinti işləri, 15%-i ticarət və xidmət, 11%-i sənaye və 5%-i İsə digər sahələri əhatə edib. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərdən daxil olmuş müraciətlər təhlil edilərək fəaliyyət sahəsi, inzibati rayon, investisiya məbləği və s. üzrə təsnifləşdirilmiş və potensial sahibkarlıq subyektlərinin təklifləri baxılması üçün aidiyyəti üzrə təqdim olunub.