13:40
798
Cənubi Qafqazı itirmək qorxusu Moskvanı ciddi narahat etdiyi məlumdur. Rusiyanın regionda son dayaq nöqtəsi sayıla biləcək Ermənistan öz orbitindən uzaqlaşır. O qədər də etibar olunası şəxs olmayan Ermənistanın baş naziri N.Paşinyan dərk edir ki, öz ölkəsinin inkişafı yalnız Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan keçir. Etiraf etmək lazımdır ki, bu əlaqələr müsbət nəticələrini verməkdədir.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydəmirli deyib.
"Təbii ki, Rusiya özünün iştirakı olmadan Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesini, formalaşmaqda olan iqtisadi əlaqələri qəbul edə bilmir. Ona görə, Ermənistanda yenidən Koçaryan kartını işə salır və bu yolla öz köpəyini hakimiyyətə gətirmək istəyir" - politoloq deyib:
"Xatırlatmaq istərdim ki, 2021-ci ilin iyun ayında keçirilmiş parlament seçkisində oxşar ssenarilər olsa da, o zaman Koçaryanın təmsil olunduğu partiya uğur qazana bilmədi.
Hazırda erməni mediasına, cəmiyyətinə diqqət yetirsək görərik ki, müharibə partiyası sayılan Koçayana və ümumilikdə Rusiyaya münasibət çox mənfidir. Çünki insanlar yenidən müharibələr, qırğınlar istəmir. Azərbaycan Ordusunun 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi ermənilərə yaxşı dərs olub. Amma, lakin Rusiya Cənubi Qafqaza gətirdiyi fəlakətlərdən əl çəkmir.
Görünən odur ki, Ukrayna cəbhəsində böyük itkilərlə üzləşməsinə baxmayaraq, bu gündə Rusiya imperiya xülyası ilə yaşayır və o qorxulu tendensiyanı həyata keçirmək üçün çox qəddar addımlar atmaqdan çəkinmir. Şimal qonşumuzu regionda sabitlik, sülh deyil, yalnız öz məkrli maraqları düşündürür.
Əlqərəz, zavallı Paşinyan əgər seçkidə uduzsa hakimiyyəti ilə bərabər başını da itirəcək".
Cavid
12:48
784
09:52
980
09:51
966