Orban: Hələ bilinmir Tramp müharibəyə başlayıb, yoxsa sülhə doğru addım atıb Dünya

Orban: Hələ bilinmir Tramp müharibəyə başlayıb, yoxsa sülhə doğru addım atıb

Hələ də aydın deyil, Tramp müharibəyə başlayıb, yoxsa sülhə doğru addım atıb.

Bu barədə Macarıstan Baş naziri Viktor Orban “GB News”a müsahibəsində bildirib.

Orban Trampın İrana qarşı hərbi əməliyyatına baxışının onun sülh mövqeyi ilə nə dərəcədə uyğun olmasına dair suala cavab olaraq qeyd edib ki, hələ qiymətləndirmə aparmaq üçün tezdir: “Əsas məsələ odur ki, o, həqiqətən müharibəyə başlayıb, yoxsa sülhə? Bu haqda qərar vermək tezdir, bunu tarixçilər müəyyən edəcək”.

Macarıstan Baş naziri əlavə edib ki, son görüş zamanı Tramp ona mövqeyini açıqlayıb və İranda hərbi gərginliyin mənbəyi olduğunu vurğulayıb, ona görə də İranın hədəf alınması münaqişənin mənbəyinə zərbə kimi qiymətləndirilə bilər.