13:21
581
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay mövsümündə sərnişin tələbatını nəzərə alaraq 6–31 iyul tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.
Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, qatar bazar ertəsi və çərşənbə günlərində 09:15-də Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə 15:00-da Ağstafadan yola düşəcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.