"Moskva bu müharibədə uduzub" Dünya

"Moskva bu müharibədə uduzub"

Rusiya müharibədə qalib gəlmədiyini anlayır. Bu fikir getdikcə sözdə "Z-milbloqçular" tərəfindən səsləndirilir. Mülki infrastrukturlara endirilən zərbələrin görüntüləri məhz bunu deməyə əsas verir.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Rusiyanın Kiyevi bombaladığına münasibətində deyib.

O, qeyd edib ki, Kiyevdə 3 iyul tarixi üçün matəm günü elan edilib. Artıq məlumdur ki, 13 nəfər həlak olub, çoxlu sayda insan isə yaralanıb.
Lakin bu rəqəmlər arta bilər.

Xatırladaq ki, Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 13-ə, yaralananların sayı isə 16-ya çatıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatıba görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.

Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.

Cavid