Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb Siyasət

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 2-də başa çatıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.