İraq Kürdüstanında İran müxalifəti olan kürd dəstələrinin düşərgəsinə dron hücumu olub Dünya

İraq Kürdüstanında İran müxalifəti olan kürd dəstələrinin düşərgəsinə dron hücumu olub

İran hakimiyyətinə müxalif olan kürd harbi dəstələrinin mövqeləri İraq Kürdüstanının Ərbil şəhərindən şərqdə pilotsuz uçuş aparatının (dron) hücumuna məruz qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İraqın təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, hücum nəticəsində düşərgədə yanğın baş verib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Məryəm Quliyeva