Suriya XİN: "Hizbullah" nümayəndələri ilə təmaslara hazırıq Dünya

Suriya XİN: "Hizbullah" nümayəndələri ilə təmaslara hazırıq

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsad əl-Şeybani şiə təşkilatı "Hizbullah"ın nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Beyrutda Livan parlamentinin sədri Nəbih Berri ilə apardığı danışıqlardan sonra jurnalistlərə bəyanatla çıxış edib.

"Söhbətimiz uğurlu keçdi və Suriya ilə Livan arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı oldu. "Hizbullah" ilə bağlı problemi müzakirə etmədik, bu səfər çərçivəsində onun nümayəndələri ilə görüş planlaşdırılmır, lakin bəyan edirik ki, əgər bu, hamıya fayda gətirəcəksə, belə təmaslara hazırıq", — deyə Suriya XİN rəhbəri qeyd edib.

Məryəm Quliyeva