.jpg)
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi “Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlili” layihəsinin dördüncü görüşünü Suraxanı rayonun ərazisində fəaliyyət göstərən Bülbülə bələdiyyəsində keçirdik.” Bu açıqlamanı yerli mətbuata Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, QHT sədri, politoloq Niyaməddin Orduxanlı verib. Onun sözlərinə görə tədbir Bülbülə bələdiyyəsinin inzibati binasında keçirilib:” Layihəmizin sonuncu, dördüncü görüşü bələdiyyənin binasında keçirildi. Bu görüşümüz də çox yüksək səviyyədə təşkil olunmuşdur. Dövlət Agentliyinin dəstəklədiyi layihənin Suraxanı rayonunda keçirilməsinə göstərdiyi dəstəyə görə ilk olaraq rayonun icra başçısı hörmətli Adil Əliyevə təşəkkürümüzü bildirik. O cümlədən də Bülbülə bələdiyyəsinin sədri hörmətli Nəsib İsmayılova təşəkkür edirik. Rəsmi olaraq Bülbülə qəsəbəsində 40 minə yaxın vətəndaş yaşayır. Görüşdə bələdiyyə sədri, bələdiyyə sədrinin müavinləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyənin mühasibi ilə yanaşı yerli sakinlər iştirak edirdi. 25 nəfərin iştirak etdiyi görüşdə əsasən lahəmizin mövzusu barədə geniş və ətraflı məlumat verdim. Layihənin əsas istiqaməti bələdiyyə rəhbərliyinin, bələdiyyə qulluqçularının , bələdiyyə üzvlərinin və bələdiyyənin vergi yığanlarının vətəndaşlarla münasibətlərin çox yüksək səviyyədə qurulmasının vacibliyinə toxunduq. Həmçinin Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlilinin olduqca mühüm əhəmiyyətindən bəhs etdik. Bələdiyyələr daha çox qanuni aktların icrasına önəm verməlidir. Qəbul etdikləri qərarlar birbaşa qanuna əsaslanmalıdır, qanuna söykənməlidir. Qanundan kənar bələdiyyələr qərar qəbul etməməlidilər. Qəbul olunmuş bələdiyyə aktları qanundan kənar çıxmamalıdır. Bəzi hallarda bir neçə bələdiyyə qanun pozuntusina yol verir və yekundə həmin bələdiyyələr qanun qarşısında cavab vermiş olurlar, hüquqi məsuliyyətləri daşıyırlar. Bu cür layihələr həm də maarifləndirmə xarakteri daşıyır ki, bələdiyyələr qəbul etdikləri qərarlarda diqqətli olmalıdırlar. Qərarlar kollegiyal formada qəbul olunmalıdır. Qanunla bələdiyyə qərarları 50 plusla qəbul olunmalıdır. Bələdiyyə sədri müstəqil qərar qəbul edə bilməz. “
Niyaməddin Orduxanlının sözlərinə görə, Bülbülə bələdiyyəsinin uğurlu fəaliyyətindən də danışıb:” Bülbülə qəsəbəsində görülən işlərin və əsasən vətəndaşlardan əmlak və torpaq vergisinin yüksək səviyyədə toplandığını qeyd edə bilərəm. Qəsəbəsinə görülən işlərərin Suraxanı rayonun icra hakimiyyətinin başçısı Adil Əliyevin də böyük dəstəyinin olduğunu bələdiyə sədri Nəsim müəllim qeyd etdi. Bildirdi ki, rayon rəhbərliyi tez-tez qəsəbədə olur və səyyar görüşlər keçirir, şəhid ailələrinə, qazilərə, veteranlara xüsusi diqqət göstərir, qəsəbənin mövcud problrmlərinin həlli istiqamətində müavafiq dövlət qurumlarına müraciətlər edir, qəsəbədaxili mövcud problemlərin həlli yolunda birgə işləri həyata keçirdirik”.
QHT sədrinin sözlərinə görə, layhədə nəzərdə tutulan ələdiyyələrlə keçirilən görüşlərlə yanaşı, həmçinin ölkəmizdə fəaliyyət göstərən televiziya kanalında layihə barədə 5 verlişin çəkilməsi həyata keçiriləcək. Verlişlərdə ölkənin ən fəal millət vəkilləri, bələdiyyə sədrləri, rəsmi şəxslərin və tanınmış ekspertlərin iştirakı nəzərdə tutulub.“
Niyaməddin Orduxanlının bildirdiyinə görə, keçirilən hər dörd görüşdə ölkəmizdə yaradılmış bələdiyyə səlahiyyətlərinin hansı səyyədə olduğu da geniş müzakirə olunub:”Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutu yaranıb.Yerli üzüni idarəetmə orqanı çox önəmli bir institutdur. Azərbaycanda yerli özüniidarə etmənin 27 illik tarixi var. İlk olaraq 2700 bələdiyyyə fəaliyyət göstərirdi. Ancaq indi bu bələdiyyələr birləşərək 685 yendirilib. Qaraçuxur bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək" Layihənin sonunda keçirlən tədbirlərlə bağlı QHT-lərə Dövlət Agentliyinə və digər dövlət qurumlarına hesablar təqdim olunacaq.. Sonda təşkilatımızın adından layihəmizin icrasına öz dəstəyini verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, İcracı direktoruna və bütün əməyi olan məsul şəxslərin hər birinə təşəkkürümü bildirirəm. Hər il Agentlik ölkəmiz üçün bütün sahələr üzrə yüzlərlə əhəmiyyəti olan layihələrin icrasına yüksək səviyyədə dəstək verir. Minlərlə insan layihələrin icrasına cəlb edilir. Bu gün açıq şəkildə deyə bilərəm ki, Prezident Admistrasiyası ilə vətəndaş cəmiyyəti arasında yüksək səviyyəli əməkdaşlıq ququlub. Bu əməkdaşlıq Azərbaycan dövlətinin daha güclü inkişafına və güclənməsinə xidmət edir.”