ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib Cəmiyyət

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihə həyata keçirilib.

Bu məqsədlə Bala Şahağac kəndində layihənin açılış mərasimi təşkil olunub.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlqar Gülməmmədov, Agentliyin sədrinin müşaviri Zakir Quliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya QSC-nin icraçı direktoru Elçin Məmmədov, Agentliyin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkə regionlarında əhalinin içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm infrastruktur layihələri həyata keçirilir. Bu təşəbbüslər regionların sosial-iqtisadi inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və dayanıqlı su təminatının formalaşdırılmasına xidmət edir.

Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin keyfiyyətli və dayanıqlı içməli su, eləcə də suvarma suyu ilə təminatını yaxşılaşdırmaqdır.

Bildirilib ki, Astara rayonunun Bala Şahağac və Qamışoba kəndlərində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Astara şəhərini içməli su ilə təmin edən D710 mm diametrli magistral su kəmərindən yeni birləşmə verilib. Mövcud su təchizatı sistemi genişləndirilərək kəndlərdə yeni su xətləri inşa edilib.

Layihə çərçivəsində ümumilikdə 5,6 km uzunluğunda su xətti çəkilib və 430 fərdi yaşayış evinin su təchizatı şəbəkəsinə qoşulması təmin olunub. Eyni zamanda, sudan səmərəli və qənaətlə istifadə edilməsi, eləcə də istehlak olunan suyun dəqiq uçotunun aparılması məqsədilə bütün abonentlər sayğaclarla təmin edilib.

Qeyd olunub ki, Bala Şahağac və Qamışoba kəndlərinin ümumilikdə 1486 nəfər əhalisi var. Yeni yaradılmış su təchizatı sistemi vasitəsilə yaşayış məntəqələrinin gündəlik 300 kubmetr su tələbatının tam ödənilməsi mümkün olacaq.

Məlumat verilib ki, Astara şəhərinin mövcud su təchizatı Xanbulançay su anbarı vasitəsilə həyata keçirilir. Lənkəran və Astara şəhərlərinin su təminatı məqsədilə su anbarında iki meydançada su anbarları kompleksi, həmçinin gündəlik məhsuldarlığı 30 000 kubmetr olan su təmizləyici qurğular kompleksi istismar olunur.

Astara şəhəri üzrə ümumilikdə 4578 abonent mövcuddur. Şəhərin su şəbəkəsinin ümumi uzunluğu 109 km, magistral su kəmərlərinin uzunluğu 29,2 km, kanalizasiya şəbəkəsinin uzunluğu isə 8 km təşkil edir.

Hazırda Astara şəhərində tullantı sularının kənarlaşdırılması məqsədilə D800 mm diametrli DB mikrotunelin və kanalizasiya şəbəkəsinin tikintisi işləri davam etdirilir.

Sonda kənd sakinləri əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihəyə və onun icrasında əməyi olan bütün şəxslərə, xüsusilə bu sahədə çalışan əməkdaşlara minnətdarlıqlarını bildiriblər.

ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçiribADSEA daha iki kənddə içməli su layihəsi həyata keçiribADSEA daha iki kənddə içməli su layihəsi həyata keçiribADSEA daha iki kənddə içməli su layihəsi həyata keçiribADSEA daha iki kənddə içməli su layihəsi həyata keçiribADSEA daha iki kənddə içməli su layihəsi həyata keçiribADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib