“Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq”
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB
Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
17:25
441
Naxçıvan regionda mühüm rol oynayır və konnektivlik habı kimi real potensiala malikdir.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvana səfəri ilə bağlı "X" hesabında bildirib.
O qeyd edib ki, Naxçıvan Orta Dəhliz də daxil olmaqla Azərbaycan, Türkiyə və Avropa arasında gələcək “yaşıl enerji” bağlantılarında mühüm rol oynaya bilər.
Səfir vurğulayıb ki, region sülhə və daha geniş bağlantılar dövrünə daxil olduqca, bu imkanların əhəmiyyəti daha da artır.
“Böyük Britaniya gələcəkdə bu proseslərin bir hissəsi olmaq istəyir. Britaniyalı mütəxəssislər artıq buradakı proseslərə töhfə verirlər. Naxçıvan şəhəri üçün 20 illik strateji plan hazırlanır. Biz daha çox iş görmək və Naxçıvanın davamlı inkişafını dəstəkləmək istəyirik. Buraya şəhərsalma planlaşdırması, konnektivlik və təmiz enerji sahələri də daxildir”, – Norman əlavə edib.
18:17
728
18:14
252
18:03
336