AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər İdman

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Noyabrın 4-5-də Çexiyanın paytaxtı Praqada UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı üzrə illik konfrans keçirilib.

Bu barədə AFFA-dan məlumat verilib.

Tədbirdə AFFA-nı baş katibin müavini, eyni zamanda UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin üzvü Elçin Məmmədov və digər nümayəndələr təmsil ediblər.

Konfrans çərçivəsində Avropa klublarının futbol mənzərəsi, klub lisenziyalaşdırılması sahəsində yeniliklər, maliyyə davamlılığı, idarəetmə, uyğunluq və risklərin idarə edilməsi, eləcə də maliyyə sahəsində süni intellektin tətbiqi kimi mövzular müzakirə olunub.

Həmçinin qadın futbolunda davamlı yarışların təşkili və inkişafı, Avropa ölkələrinin klub lisenziyalaşdırılması təcrübəsi və Çexiya futbolunda bu sahənin 30 illik inkişaf yolu barədə təqdimatlar keçirilib.