32 il əvvəl öldürülmüş Yüsif Orucovun qətlinin şok detalları
“Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq”
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB
Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
18:00
567
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, millət vəkili Ceyhun Məmmədov, şəhid ailələri və qazilər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbir iştirakçılarını şanlı qələbənin 6-cı ildönümü münasibətilə təbrik edərək Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfərin gələcək nəsillər üçün örnək olduğunu vurğulayaraq şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.
Millət vəkili Ceyhun Bayramov isə çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin qorunub saxlanılmasının, şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, qazilərə və şəhid ailələrinə ehtiramın, gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, savadlı və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşlar Natiq və Azər Novruzovun anası Lətifə Novruzova, şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət Quliyeva, Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova, şəhid Tahir Əliyevin atası Mahir Əliyev və Dövlət Gömrük Komitəsinin Vətən Müharibəsində iştirak edən əməkdaşı İqbal Səfərov çıxış edərək əldə edilən qələbənin xalqımız üçün mənəvi əhəmiyyətindən, eləcə də şəhid və qazilərimizin vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan bəhs ediblər.
Tədbir bədii kompozisiya ilə davam edib.
Cavid




