15:34
609.jpg)
Almaniya Kansleri Fridrix Merz ötən gecə ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparıb, digər məsələlərlə yanaşı, amerikalıların Rusiya tərəfi ilə təmasları da müzakirə olunub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius brifinqdə jurnalistlərə məlumat verib.
"Kansler ötən gecə ABŞ prezidenti ilə telefon danışığı aparıb", - deyə o bildirib. "Almaniya hökuməti ABŞ administrasiyasının danışıqları barədə məlumatlandırılıb", - deyə Kornelius qeyd edərək əlavə edib ki, "kansler ABŞ prezidentinin mülahizələrinə cəlb olunub".
Bununla belə, o, Merz və Tramp arasındakı söhbətin amerikalı liderin Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən əvvəl, yoxsa sonra baş tutduğunu dəqiqləşdirməyib.
Kornelius Almaniya tərəfinin Ukrayna üzrə mövqelərin uzlaşdırılması prosesində, o cümlədən "Avropa üçlüyü" (Almaniya, Fransa və Böyük Britaniya) formatında iştirak etdiyini iddia edib.
Məryəm Quliyeva