Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü - FOTO Hadisə

Hərbi Prokurorluğun rəhbərliyi gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşdü - FOTO

8 noyabr – Zəfər günü münasibətilə Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Tədbir iştirakçıları Vətən uğrunda canlarında keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və şəhid ailələrinə sovqatlar təqdim olunub.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial