“Azərbaycanın müasir tarixinin ən güclü dövlətçilik mərhələlərindən birini yaşayırıq”
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - YENİLƏNİB
Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
17:24
469
“Azərbaycanın qələbəsinin mütləq və tam xarakterini yalnız hərbi əməliyyatların nəticələri ilə ölçmək olmaz. Bu qələbənin əsas fərqi ondadır ki, Azərbaycan təkcə ərazilərini işğaldan azad etmədi, həm də onilliklər ərzində davam edən münaqişənin yaratdığı siyasi və ərazi problemini öz suverenliyi çərçivəsində həll etdi. Başqa sözlə, Azərbaycan yarımçıq atəşkəslə, dondurulmuş münaqişə ilə kifayətlənmədi, beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”.
Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Elnarə Akimova deyib.
Deputat bu Zəfərin ikinci, heç də az əhəmiyyətli olmayan mərhələsi isə azad edilmiş torpaqlarda həyatın yenidən qurulması olduğunu vurğulayıb: “Bu ərazilərdə aparılan işlərin miqyası problemin nə qədər ağır olduğunu aydın göstərir: Livanın ərazisi ilə müqayisə edilə biləcək genişlikdə dağıntıların, minalanmış sahələrin və sıradan çıxmış infrastrukturun aradan qaldırılması böyük maliyyə, texnologiya və insan resursları tələb edir. Azərbaycan bu yükün əsas hissəsini öz üzərinə götürüb. 2026-cı ilin oktyabrına olan məlumata görə, bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 25,5 milyard manat ayrılıb, 300 min hektardan artıq ərazi mina və partlamamış sursatlardan təmizlənib, 40 mindən çox insan 47 yaşayış məntəqəsinə qayıdıb”.
E.Akimova söyləyib ki, burada diqqət çəkən mühüm məqam odur ki, Azərbaycan yalnız evləri, yolları, məktəbləri və xəstəxanaları bərpa etmir, eyni zamanda otuz ilə yaxın müddətdə pozulmuş sosial həyatı, iqtisadi əlaqələri və insan talelərini yenidən dirçəldir: “Bu, postmünaqişə dövründə dövlət quruculuğunun, təhlükəsizliyin, məskunlaşmanın və iqtisadi inkişafın vahid strategiya çərçivəsində həyata keçirilməsidir.
Ona görə də Azərbaycanın qələbəsinin tamlığına qiymət verərkən yalnız azad edilmiş torpaqların coğrafiyasına deyil, həmin torpaqlarda yenidən qurulan həyata baxmaq lazımdır. Zəfər torpağın azad edilməsi ilə qazanıldı, onun tarixi nəticəsi isə insanın doğma yurda qayıtması, orada təhlükəsiz yaşaması və gələcəyini yenidən qurması ilə tamamlanır. Azərbaycanın qarşısında duran quruculuq missiyası da məhz bu böyük həqiqəti təsdiqləyir”.
Röya İsrafilova
18:17
728
18:14
259
18:03
343