Hərbi hissədə silahlı insident Hadisə

Hərbi hissədə silahlı insident

İki əsgər ölüb, bir əsgər isə yaralanıb

Müdafiə Nazirliyi iki əsgərin ölümü, bir əsgərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib.
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.