Ölkəyə heroin keçirmək istəyən şəxs saxlanılıb Hadisə

Ölkəyə heroin keçirmək istəyən şəxs saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.
DSX-dan verilən məlumata görə, fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə¬sin¬də Astarada narko¬tik vasitəni qəbul edərək sifarişçiyə çatdır¬malı olan As¬ta¬ra şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti mü¬əy¬¬yən olunub.
01 iyul tarixində əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sum¬qa¬yıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şə¬hə¬¬rin¬də narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qey¬ri-qanuni dövriy¬yəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olun¬muş Corat qəsə¬bə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi isti¬qa¬mətində əməliy¬yat-axtarış tədbirləri davam etdirilir.