Qəzetlərə maliyyə ayrıldı Hadisə

Qəzetlərə maliyyə ayrıldı

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirə olunub.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələlər barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. 33 redaksiyanın təqdim etdiyi layihə təklifi müsabiqənin şərtlərinə uyğun olub. "Əks-səda" və "Exo" qəzetlərinin təqdim etdikləri sənədlər müsabiqə şərtlərinin tələblərini təmin etmədiyi üçün müsabiqəyə buraxılmayıblar.
Digər 33 qəzetin isə tiraji, dövriyəsi və yayımı nəzərə alınaraq 6 aylıq maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.
2014-cü ilin II yarımilliyi üçün Fond tərəfindən aşağıda adları qeyd olunan KİV-lərin layizələrinin maliyyələşdiriləcək:

1. "Kaspi" qəzeti - 60 000 manat
2. "Mövqe" qəzeti - 60 000 manat
3. "Yeni Azərbaycan" qəzeti - 60 000 manat
4. "Ədalət" qəzeti - 60 000 manat
5. "525-ci qəzet" qəzeti - 60 000 manat
6. "Səs" qəzeti - 60 000 manat
7. "Bakı-Xəbər" qəzeti - 60 000 manat
8. "Yeni Müsavat" qəzeti - 60 000 manat
9. "Olaylar" qəzeti - 60 000 manat
10. "Ekspress" qəzeti - 60 000 manat
11. "Palitra" qəzeti - 60 000 manat
12. "Paralel" qəzeti - 40 000 manat
13. "Həftə İçi" qəzeti - 40 000 manat
14. "Azad Azərbaycan" qəzeti - 40 000 manat
15. "Şərq" qəzeti - 40 000 manat
16. "Xalq Cəbhəsi" qəzeti - 40 000 manat
17. "Futbol+Qol" qəzeti - 40 000 manat
18. "Bizim Yol" qəzeti - 40 000 manat
19. "Kaspiy" qəzeti - 40 000 manat
20. "Novoye Vremya" qəzeti - 30 000 manat
21. "Futbol+" qəzeti - 30 000 manat
22. "Üç Nöqtə" qəzeti - 30 000 manat
23. "Azernews" qəzeti - 30 000 manat
24. "Unikal" qəzeti - 20 000 manat
25. "Olimpiya Dünyası"qəzeti - 20 000 manat
26. "Oxu Məni" qəzeti - 20 000 manat
27. "Zaman-Azərbaycan" qəzeti - 20 000 manat
28. "Reytinq" qəzeti - 10 000 manat
29. "Təhsil Problemləri" qəzeti - 9 000 manat
30. "The Business Times" qəzeti - 9 000 manat
31. "Hərbi And" qəzeti - 9 000 manat
32. "Türküstan" qəzeti - 9 000 manat
33. "İqtisadiyyat" qəzeti - 9 000 manat