Xədicə İsmayılovaya sərt təpki Hadisə

Xədicə İsmayılovaya sərt təpki

Rövşən Ziya: "Xəyanətkarlara qarşı adekvat addım atılmalıdır"
Elşən Qaraçuqlu: "Xədicə İsmayılovanın bu hərəkəti yolverilməzdir"
Ramiz Alıyev: "Ondan daha da betər hərəkətlər gözləmək mümkündür"
Yaqut Tapdıqqızı: "Onlar üçün mənəvi dəyər yoxdur"

ATƏT-in Bakıdakı tədbirinə qatılan erməni deputatlar növbəti dəfə həyasızlıq kdmblər. Amma bu dəfə daha maraqlısı jurnalist Xədicə İsmayılovanın onlara dəstək verməsidir. Azərbaycanın ünvanına səsləndirilən haqsız tənqidləri 4 erməni deputat və Xədicə İsmayılova ayaq üsründə alqışlayıblar. Bu isə cəmiyyətdə və media mənsubları arasında birmənalı qarşılanmır.
Jurnalist İlkin Ağayev bildirdi ki, Xədicə İsmayılova həmişə Azərbaycana qarşı fəaliyyət göstərib: "Tənqid yazmaq olar, amma milli maraqlara qarşı xəyanət etmək bağışlanılmaz səhvdir. Xədicə İsmayılovanın bu addımı onun kim olmasını bir daha ortaya qoyur. Bu, Xədicə İsmayılovanın haralara işlədiyini və kimin yanında olduğunu açıq aşkar ortaya qoyur".
Jurnalist Rövşən Ziya diqqətə çatdırdı ki, Xədicə İsmayılovadan bu addımın atılması gözləniləndir: "Onun kökünü araşdırsaq, erməni olduğu məlum olar. Onun bu hərəkəti suyunu içdiyi, çörəyini yediyi Vətəninə qarşı bir xəyanətdir. Buna görə də hüquq-mühafizə orqanlarını onun barəsində ölçü götürməsini tələb edirəm. Digər tərəfdən də bu qdınla bağlı heç bir açıqlama vermək istəmirəm. Sadəcə xəyanətkarlara qarşı adekvat addım atılmalıdır".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu dedi ki, erməni deputatların Bakıdakı toplantıda çıxışlarından mətbuat vasitə ilə tanış olub: "Amma Xədicə İsmayılovanın onlara dəstək olması məsələsi mənim üçün yenilikdir. Mənim şəxsən belə bir hadisənin olması barədə məlumatım yoxdur. Əgər belə bir hal baş veribsə mən sadəcə bunu deyə bilərəm: Ayıblar olsun. Heyf ki, belə incik insanlar öz şəxsi münasibətlərini bu cür müstəvidə qisas alətinə çevirərək istifadə etmək istəyirlər. Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə olmuşdu və bu da bizim tərəfimizdən qınanmışdı. Amma bu o demək deyil ki, Xədicə İsmayılova da ona qarşı haçansa olmuş bu alçaldıcı hərəkətlərə görə ümumi mənafeyə zərbə vuran hərəkətlər etsin. Mən bir də təkrar edirəm, Xədicə İsmayılovanın bu hərəkəti yolverilməzdir, utandırıcı hərəkətdir və o əməlinə görə Azərbaycan xalqından üzr istəməlidir".
Politoloq Ramiz Alıyev diqqətə çatdırdfı ki, erməni deputatlar özlərə də bilirdilər ki, səsləndirdikləri sərsəm fikirlərdir: "Ancaq nəsə bir həyasızlıq etməmiş ölkələrinə dönə bilməyəcəklərini də yaxşı bildiklərindən yenə də həmişəki kimi şər, böhtanla dolu fikirlərlə çıxış edib yadda qalmaq istədilər. Ancaq bu dəfə də onların bu sərsəm fikirlərinə yalnız özləri alqış etdilər və sərsəm fikirlərinə görə əksinə bir ölkənin Ukraynanın nümayəndəsi tərəfindən də şikayət olundular. Xədicə İsmayılovanın da o cür hərəkəti şəxsən məni təəccübləndirmədi. Hətta ondan daha da betər hərəkətlər gözləmək mümkündür. Şərəfi, ləyaqəti olmayandan müsbət nə gözləmək olar ki? Bu cür insanların ölkəmizdə yaşaması dövlətçiliyimiz üçün mənfi imiclər yaradır. Odur ki, mən təklif edirəm ki, bu kimi erməni lobbisinə çalışanlara şərait yaradılsın. Getsinlər Ermənistanda şərəfsizliklərini davam etdirsinlər".
Jurnalist Yaqut Tapdıqqızı isə vurğuladı ki, ermənilərin həyasızlığı artıq tarixi və irsi məsələ sayılır. O, həmçinin əlavə edib ki, yəni istənilən məsələdə onlar həyasız davranış sərgiləyə bilər: "Əvəllər bu cür məqamlar beynəlxalq qurumlar tərəfindən hardasa ciddi qəbul olunurdu. Amma son dövürlərdə onlarım emosional çıxışlarına əhəmiyyət verilmir. O ki, qaldı kimlərinsə onları ayaq üstə alqışlamağa. Mən o adamları da ciddi hesab etmirəm. Çünki, elə onlar da ermənilər kimi, şəxsi ambisiyalarının qurbanı olan insanlardır. Onlar üçün mənəvi dəyər yoxdur. İstənilən məsələdə qiymətini verən olsa satıla bilər. Məşhur ingilis yazıçısı Corc Oruellin belə bir ifadəsi var. Yəhudidən öncə bir ilana güvənin və bir yunandan öncə yəhudiyə güvənin, lakin bir erməniyə əsla güvənməyin..
Görünür içimizdə elələri var ki, onlara əsla güvənmək. olmaz. Elə erməni kimi. Ayaqa qalxıb çəpik çalmağı adət edənlərdə zərrə qədər vicdan olsa, başqa cür davranardılar. İndi fikir verin, Xocalı soyqırımının anım tarixində bu adamlar çıxıb o hadisələrdən danışacaq. Bax onda yaxalarından tutmaq lazimdir ki, sən mənim xalqımın körpəsinə qıyanı alqışlayanda vicdanın niyə susurdu? Ümumiyyətlə belələrini ciddiyə almaq lazım deyil. Çünki, onlar çoxdan ictimaiyyət üçün ciddiyyətini itiriblər".
Jurnalist Siyavuş Əmirli isə dedi ki, ermənilərin ikiüzlülüyü, qaşınmayan yerdən qan çıxartmaqları dünyanın əksər xalqlarına məlumdur: "Ötən həftə Azərbaycan prezidentinin AŞPA-dakı haqlı və kəsrli çıxışı Ermənistanda geniş rezonans doğurub. Ona görə də erməni deputatlar hər vəclə buna cavab vermək istəyirlər. Ancaq onlar Azərbayacanda da layiqli cavablarını alıblar. O ki, qaldı jurnalsit Xədicə İsmayılovaya hesab edirəm ki, Xədicə hazırda düşmən dəyirmanına su tökməklə məşğuldur. Buna başqa ad vermək olmaz".
Diaspor Jurnalistləri Birliyinin (DJB) rəhbəri Fuad Hüseynzadə bildirdi ki, erməni deputatların gəlib öz ölkəmizdə bizi borclu cixarıb ittiham etməsi doğurdan da həyasızlıqıdır. Velə belə adamlara dəstək verənlər də əlbəttə ki, həyasızın təkidirlər. Buna dəstək verənlərin azəbaycanlı olması faciədir və onlar həyazlıqdan oyana keçərək xəyanətkarlıq edilər. Qəribədir ki, bilərəkdən və ya bilməyərəkdən içimizdə düşmən böydürük. Bunların hərkətləri müxalifətçilik deyil. Sanki Vətənə xəyanət andı içiblər. Belələrinin bizim üçün ermənidən heç bir fərqi yoxdur".

Əli