FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb Hadisə

FHN Bakıda intihara cəhdlə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi dünən axşam saatlarında Bakıda intihara cəhdlə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda 1 nəfər kişinin intihara cəhd edib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini
qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən atmaq niyyətindədir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.
APA-nın məlumatına görə, intihara cəhd edən şəxs 1985-ci il təvəllüdlü Ədilov Ceyhun Əbülfət oğludur. C. Ədilovun bildirdiyinə görə, intihar etmək istəməsinə səbəb sevdiyin qızın ondan ayrılmaq istəməsi olub.