KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə Hadisə

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə

ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:

1.Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
2.Fikir,söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
3.İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
4.İctimai və dövlət maraqlarının müdafiəsi
5.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
8. Azərbaycanın dövlətçilik tarixinin,milliadət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
9. Azərbaycançılıq ideyasının təbliği
10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
16. Ekologiya və ətraf mühitin mühafizəsi
17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
18. Elm və təhsilin inkişaf etdirilməsi
19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:

- Son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər;
- Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər.

Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər
(1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər
(6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;

Maliyyə yardımının şərtləri:

- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60000 (altmış min) manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.

Sənədlər 2019-cu il fevralın 1-dən martın 28-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

1.Layihə təklifi və fəaliyyət planı - Çap formasında, 3 nüsxədə. Elektron formada (Times New Roman şriftində, diskdə).
2. Ərizə forması (Layihənin istiqaməti göstərilməklə) - Çap və elektron formada, diskdə.
3. KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd - Surəti
4. VÖEN - Surəti
5. KİV-in borcunun olmadığını təsdiq edən sənəd - Bankdan arayış
6. Redaksiya əməkdaşlarının sayı (elektron əmək müqaviləsi bildirişləri əsasında) layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri - Çap və elektron formada
7. KİV-in son 2 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd -Çap formasında (imzalanmış və möhürlənmiş)
Müsabiqə ilə bağlı əlavə məlumatı Fobdun saytından və ofisindən əldə edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə
Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə
Telefon: 012 537 19 45; 012 537 19 41
[email protected]
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.