İlham Əliyev bir qrup gənci təltif edib Hadisə

İlham Əliyev bir qrup gənci təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə Cabbarov Azad Vaqif oğlu3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Əsgərli Asif Məmməd oğlu, Qədirov Vüqar Kərim oğlu, Orucov İlqar Nəcibəddin oğlu "Tərəqqi" medalı ilə, Quliyev Rüfət Mətləb oğlu, Nəcəfli Kamal Məmməd oğlu, İskəndərov Vüqar Yapon oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif ediliblər.
Dövlət başçısının digər sərəncamı ilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Hacızadə Hüseynxan Saleh oğlu, Həsənov Masər Fuad oğlu, Rəcəbli Sara Rauf qızı, Mehmandarov Mustafa Adil oğlu, Mirzəmmədova Nigar Mübariz qızı və Şahverənov Allahverdi Umud oğluna 2019-cu il Gənclər üçün Prezident mükafatları verilib.